Ərdoğanın Ayasofya çıxışı Yunanıstanı qəzəbləndirdi – DÜNYANIN GÖZÜ BURADAbackend

Ərdoğanın Ayasofya çıxışı Yunanıstanı qəzəbləndirdi – DÜNYANIN GÖZÜ BURADA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident və AKP sədri Rəcəb Tayyib Ərdoğanın İstanbulun fəthinin 567-ci ildönümü ilə əlaqədar Ayasofyada Fəth Surəsinin oxunacağı ilə əlaqədar elanı Yunan mətbuatında gündəmə gəldi.

NOCOMMENT.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə koronavirus səbəbi ilə həftələrlə bağlanan məscidlər açılıb. Rəcəb Tayyib Ərdoğan da İstanbulun fəthinin 567-ci ildönümünə təsadüf edən bir gündə xüsusi tədbirlərin olacağını açıqlayıb. Ərdoğan “Ayasofyada Fəth surəsi oxunacaq, dualar ediləcək. Millətimizin fəth sevincini birlikdə yaşayacağıq. Fatih Sultan Mehmet başda olmaqla qazilərimizi, şəhidlərimizi və qəhrəmanlarımızı hörmətlə yad edəcəyik” ifadələrini səsləndirib.

Ərdoğan

Prezident Ərdoğanın bu sözləri qonşu Yunanıstanda böyük əks-sədaya səbəb olub. Yunan mediyası başlıqlarda Ərdoğanın sözlərini söyləsə də, məscidlərin açılış tarixinin fəthin ildönümünə təsadüf etdiyini vurğuladı.

İferimerida xəbər saytında, “Ərdoğanın meydan oxuması: Konstantinopolun yıxıldığı gün, Ayasofyada Dua” başlığı ilə xəbər, Kathimerini qəzetinin İngilis nəşrində isə daha sərt ifadələrlə təhlillər yer alıb.

Diyanət İşləri Sədri Əli Ərbaşın açıqlamalarında “Məscidləri yenidən fəth edəcik” cümləsinə diqqət çəkilərkən, Ayasofyanın ibadətə açılması məsələsi də qeyd edilib.

Ancaq zaman-zaman Ərdoğanın bu istiqamətdə çıxışları edildiyi bildirilsə də, Rusiya və Qərb müttəfiqləri ilə qarşılaşmaq istəmədiyi üçün bu qərarı icra etmədiyi iddia edilir.