Ərdoğanın kortejini dayandırıb, görün nə etdilər – FOTOLARbackend

Ərdoğanın kortejini dayandırıb, görün nə etdilər – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Boğaziçi Universiteti Kandilli Elm, Texnologiya və Araşdırma Binasının Açılış Proqramında iştirak etmək üçün bu gün səhər saat 11:00 radələrində Kısıklıdakı iqamətgahından Boğaziçi Universiteti Kandilli Kampusuna yola düşüb. Bir müddət sonra kortej Küplüce səmtindəki Tomruk küçəsində dayanıb.

NOCOMMENT.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, küçədə yeməkxana sahibi olan Saime və Adnan Yığcı cütlüyü Ərdoğanın kortejini saxladıb.

Bir müddət söhbət etdikdən sonra onlar Ərdoğanı ayın 26-da oğullarının toyuna dəvət ediblər.

“Yaxşı ki, korteji dayandırdım. Oğlumun bu ayın 26-da toyu olacaq. Onu toya dəvət etdim, dəvətnamə verdim. Bizi görəndə dayandı, söhbətləşdik, onu çox sevirəm. Ona telefonumu da yazdım, məmnuniyyətlə götürdü”, – Saime Yığcı deyib.

“Hər zaman dayanır. Bəzən əlimizi qaldırsaq belə dayanır, bəzən öz-özünə dayanır. Problemlərimizi də dinləyir. Toy dəvətnaməmizi də verdik”, – Adnan Yığcı əlavə edib.

Daha sonra Adnan Yığcı jurnalistlərə illər əvvəl Prezident Ərdoğanla çəkdirdiyi şəkli göstərib.

 

​​​