Ərdoğanın partiyasından İlham Əliyevə təşəkkür: Bizi sevindirdibackend

Ərdoğanın partiyasından İlham Əliyevə təşəkkür: Bizi sevindirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ərdoğanın yenidən prezident seçilməsi təkcə Türkiyəyə yox, Azərbaycana və digər Türk dövlətlərinə də hüzur gətirəcək.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında Türkiyə Böyük Millət Məclisində (TBMM) hakim Ədalət və İnkişaf Partiyasını təmsil edən deputat Yunus Kılıç bildirib.

Türkiyədə keçirilən prezident seçkilərindən söz açan AKP təmsilçisi Ərdoğanın qələbəsinin region ölkələri üçün əhəmiyyətli olduğunu vurğulayıb:

“Xalqımız 14 mayda keçirilən parlament seçkilərində “Cümhur İttiifaqı”na səs verdi. 600 nəfərdən ibarət parlamentdə 323 yeri “Cümhur İttifaqı” qazandı. Prezident seçkilərinin ilk turunda cənab Ərdoğan 49,5 faiz səs toplasa da, proses ikinci tura qaldı. Dünənki seçkilərdə isə cənab Prezident səsini 3 faiz artıraraq 52,16 faizlə seçkinin qalibi oldu. Nəticə olaraq, parlamentlə prezident nizamlı hala gəldi. İkisi də “Cümhur İttifaqı”nın idarəçiliyində olacaq. Bu, Türkiyə üçün hüzura, istiqrara, rifaha, sülhə yardımçı olacaq. Seçkinin nəticəsi tək Türkiyə üçün deyil, başda Azərbaycan olmaqla, Türk dövlətlərinə, bu coğrafiyaya hüzur gətirəcək. Güclü Türkiyə regiondakı problemlərin həllinə dəstək olacaq”.

AKP deputatı vurğulayıb ki, Ərdoğanı ilk təbrik edən dövlət başçısının Azərbaycan Prezidenti İlham Əliyev olması qardaşlıq əlaqələrindən xəbər verir.

“İlham Əliyevin təbriki bizi sevindirdi. Əlbəttə, ilk təbrik doğma insanlardan olmalıdır. Belə də oldu. Hər kəs sevincini sevdiyi, hörmət bəslədiyi insanlarla paylaşır. Bizim ən yaxın dostumuz, qardaşımız Azərbaycandır. Elə ilk təbriki məhz qardaşlarımızdan gözləyirdik. İlham Əliyevin Ərdoğana zəng edərək, təbriklərini çatdırması sevincimizə sevinc qatdı. O, Türkiyəyə böyük hörmət bəslədiyini bir daha təsdiqlədi. İlk zəngin Əliyevdən gəlməsi bizim əhval-ruhiyyəmizi yüksəltdi. Dost öz dostluğunu lazım olanda göstərəndir. Biz əminik ki, nə vaxt köməyə ehtiyacımız olsa, Azərbaycan yanımızda olacaq. Həmçinin Azərbaycan dara düşsə, biz də düşünmədən qardaşlarımızın köməyinə gedəcəyik. Çünki biz qardaşıq. Sevincli gündə də, kədərdə də bir-birimizin yanında olmalıyıq. Mən başda İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaş-bacılarımıza göstərdikləri dəstəyə görə təşəkkür edirəm”, – türkiyəli deputat əlavə edib.

Qeyd edək ki, ötən gün Türkiyədə ikinci tur prezident seçkiləri keçirilib. İki əzəli rəqibin yarışdığı seçkini “Cümhur İttifaqı”nın prezidentliyə namizədi Rəcəb Tayyib Ərdoğan qazanıb. Onu ilk təbrik edən lider Azərbaycan Prezidenti İlham Əliyev olub. Prezident İlham Əliyev bu qələbəni Türkiyə xalqının Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi siyasətə göstərdiyi etimad kimi dəyərləndirərək əmin oduğunu bildirib ki, Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə növbəti illərdə də Türkiyənin hərtərəfli inkişafı davam etdiriləcək.