backend

Ərdoğanın seçilməməsi region üçün fəlakətli ola bilər – İngilis KİV

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda yerləşən “Middle East Eye” xəbər saytı Türkiyədəki seçkilərlə bağlı məqaləni oxucularına təqdim edib.

NOCOMMENT.az xəbər verir ki, müəllifi Devid Hearst məqalədə “Müxalifət liderinin ABŞ, Aİ və NATO-nu razı salmaq cəhdi region üçün yaxşı heç nə vəd etmir” ifadələrini qeyd edib.

“Ərdoğanın itkisi təkcə Türkiyə üçün deyil, region üçün də fəlakət ola bilər” açıqlamalarının yer aldığı xəbərdə ABŞ və Avropa Birliyi (AB) Kamal Kılıçdaroğlunun qalib gələcəyi təqdirdə “şampan partladacaqlarnı” vurğulanıb.

Diqqətçəkən açıqlamaların yer aldığı mətndə Türkiyədəki müxalifətin ümumi şəkildə bölgədən çəkilərək ABŞ və AB səviyyəsinə girmək istədiyi və bu səbəbdən Ərdoğanın mümkün məğlubiyyətinin Qərb tərəfindən sevinclə qarşılanacağı bildirilir.

“Ankarada hakimiyyət dəyişikliyinin ən kəskin hiss olunacağı yer Yaxın Şərqdir” ifadələrinə yer verən Hearts “Yaxın Şərqdə sabitlik üçün güclü dövlətlərin olması vacibdir” deyə məqalədə qeyd edib.

Şübhəsiz Ərdoğan səhvlərinə baxmayaraq, buna nail oldu. Bu nöqteyi-nəzərdən Ərdoğanın qalib gələ bilməməsi təkcə Türkiyə üçün deyil, region üçün fəlakət olar”, – deyə o, vurğulayıb.

NOCOMMENT.AZ