Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçiriləcək.
NOCOMMENT.az xəbər verir ki, tədbirdə prioritet mövzu Türkiyə iqtisadiyyatıdır. Bundan əlavə, F-16 təyyarələrinin ABŞ-dən satınalma prosesi də müzakirə olunacaq mövzular arasındadır.
Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsindən sonra ABŞ prezidenti Co Bayden Konqresə müraciət edərək Ankaraya “F-16” satışını təsdiqləməyə çağırıb.
Daha sonra Dövlət Departamenti Türkiyəyə 40 ədəd F-16 qırıcısının satışı və mövcud F-16-ların modernləşdirilməsi ilə bağlı Konqresə rəsmi bildiriş verib.