Ərdoğanın səsini təqlid edən şəxs TUTULDUbackend

Ərdoğanın səsini təqlid edən şəxs TUTULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Ərdoğanın səsini süni intellektlə təqlid edərək iş adamlarını və yüksək vəzifəli dövlət idarəçilərini aldatmağa çalışan şəxs yaxalanıb.

NOCOMMENT.az xəbər verir ki, Milli İstihbarat Təşkilatı (MİT) süni intellekt proqramları ilə prezident Ərdoğanın səsini təqlid etməyə çalışdığını və xarici vətəndaşlar üzərindən aldığı 10-dan çox müxtəlif GSM xəttindən iş adamlarına zəng etdiyini üzə çıxarıb. 

Araşdırma nəticəsində fırıldaqçının şəxsiyyəti və yeri müəyyən edilib.

MİT-in kibertəhlükəsizlik bölmələrinin həssas işi sayəsində şübhəli qısa müddətdə tutularaq təhlükəsizlik bölmələrinə təhvil verilib.

Vətəndaşların bu cür cəhdlərə qarşı diqqətli olması lazım olduğunu vurğulayan səlahiyyətlilər, ad, səs və şəxsiyyət saxtakarlığına qarşı tədbirlərin bundan sonra da artırılacağını bildirib.