Ərdoğanın sözləri Yunanıstanda manşet oldubackend

Ərdoğanın sözləri Yunanıstanda manşet oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

13-cü prezidentin kimin olacağını müəyyənləşdirəcək seçki nəfəssiz bir yarışa səhnə oldu. Mayın 28-də seçkiyə gedəcək Türkiyəni yaxından izləyən dünya mətbuatı hadisələrin dəqiqəbə dəqiqəsini çatdırarkən, alman mətbuatından etiraf kimi bir xəbər gəldi.
Dünyanın gözü, qulağı Türkiyədən gələn xəbərlərdədir.

NOCOMMENT xəbər verir ki, Türkiyədə keçirilən seçkilərdən sonra dəqiqəbədəqiqə dünya mediası bu gün yaydıqları xəbərlərdə son vəziyyətə diqqət yetirib. 2023-cü ilin ən mühüm hadisələrindən biri kimi göstərilən seçkinin nəbzini saxlayan bir çox televiziya və qəzet, hadisələri anbə-baxa oxucuları və izləyiciləri ilə bölüşür.

Ərdoğanın İstanbulun fəthi mesajı Yunanıstan mətbuatında geniş yer tapıb. Etnos ‘Kılıçdaroğlunun millətçiliyə dönüşü və Ərdoğana sərt hücumu – Oğanla çılğın bazarlıq’ başlığı ilə oxucularının qarşısına çıxıb. Yazıda iddia olunurdu ki, müxalifət bloku Oğanın dəstəyini almaq üçün nazirlik təklif etməyə hazırlaşır.

Qətərdə fəaliyyət göstərən Əl-Cəzirə, Ərdoğanın ikinci turda üstünlüyə malik olduğunu vurğulayaraq, Ərdoğanın rəqibini təxminən dörd faiz üstələdiyini və 50 faiz artı bir cüzi fərqlə qaçırdığını yazıb.