Ərdoğanın yenidən prezident seçilməsi Qərb media nəhənglərini məyus etdibackend

Ərdoğanın yenidən prezident seçilməsi Qərb media nəhənglərini məyus etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Seçki prosesi zamanı hazırladığı üz qabığı ilə Türkiyədəki siyasi sabitlik və inam mühitini hədəfə alan “The Economist” jurnalı prezident Rəcəb Tayyib Ərdoğanın seçki qutusundan qalib çıxmasından sonra fikrini dəyişib.

NOCOMMENT xəbər verir ki, son xəbərlərdə prezident Ərdoğanın siyasi karyerasına dair şərh olduqca diqqəti çəkib. İkinci turun qeyri-rəsmi nəticələrinə görə, prezident Rəcəb Tayyib Ərdoğan 52,16 faiz səs toplayıb. Seçki qutusundan qalib gələn Ərdoğan Türkiyənin 13-cü prezidenti oldu.

Ərdoğanın yenidən prezident seçilməsi Qərb media nəhənglərini məyus etdi. İngiltərədə çıxan “The Economist” nəşri seçki prosesi zamanı “Ərdoğan getməlidir” və “Demokratiyanı xilas et” başlıqlarından istifadə edib. Türkiyə və Ərdoğana qarşı çıxmaları ilə diqqət çəkən bu təhlillər böyük reaksiya aldı.