Ərdoğanın Zelenski ilə görüşü başlayıbbackend

Ərdoğanın Zelenski ilə görüşü başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda Ukrayna prezidenti Vladimir Zelenski ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Martın 8-də Zelenskinin Tayyib Ərdoğanla danışıqlar aparmaq üçün İstanbula gəldiyi bildirilir. Anadolu agentliyi xəbər verir ki, görüşdə Ukraynada davam edən münaqişə ilə bağlı məsələlər müzakirə olunacaq.

Həmçinin bildirilib ki, Zelenski cümə günü, martın 8-də Türkiyəyə səfəri çərçivəsində Ankara və Kiyevin birgə müdafiə layihələrini müzakirə etmək üçün türk müdafiə şirkətlərinin nümayəndələri ilə görüşlər keçirmək niyyətindədir.