Ərdoğanla Consonun türkcə dialoqu – VİDEObackend

Ərdoğanla Consonun türkcə dialoqu – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtı Madriddə NATO sammiti öz işinə başlayıb. Sammit çərçivəsində 30 müttəfiq ölkənin dövlət və hökumət başçıları, eləcə də alyansın digər əsas tərəfdaşları bir araya gəliblər.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, sammitin açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Co Bayden və Böyük Britaniyanın Baş naziri Boris Consonla söhbət edib.

Ərdoğanla Conson arasında türk dilində keçən dialoq kameralardan yayınmayıb. Belə ki, Boris Conson söhbət zamanı Türkiyə liderinə türkcə – “çox gözəl”, – deyib. Ərdoğan da öz növbəsində cavabında – “çox gözəl”, – deyə təkrarlayıb.