Ərəbistandan gələn heyətin şam yeməyi üçün “Manqal”a 1 120 manat ödənilibbackend

Ərəbistandan gələn heyətin şam yeməyi üçün “Manqal”a 1 120 manat ödənilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hesablama Palatası “Manqal” MMC (VÖEN – 1004811141) ilə satınalma müqaviləsi imzalayıb.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Hesablama Palatası bu müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Müqavilənin şərtlərinə görə “Manqal” MMC Hesablama Palatasının sifarişi əsasında Səudiyyə Ərəbistanı Baş Audit Məhkəməsinin nümayəndə heyəti üçün şam yeməyi təşkil edib və qarşılığında 1 120 manat alıb.

Qeyd edək ki, 2017-ci ildə dövlət qeydiyyatına alınan “Manqal” MMC-nin hüquqi ünvanı Səbail rayonu, Aydın Nəsirov, ev 11-də yerləşir. Qanuni təmsilçisi Qayıtmazov Elşən Qayıtmaz oğlu olan MMC-nin nizamnamə kapitalı 19 milyon 100 min 10 manat təşkil edir.