Əri tərəfindən öldürülən Sevincin toy görüntüləri – FOTObackend

Əri tərəfindən öldürülən Sevincin toy görüntüləri – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi aprelin 28-də Xırdalan şəhərində Sevinc Əhmədağayeva yaşadığı evdə həyat yoldaşı tərəfindən qətlə yetirilib.

NOCOMMENT.az Baku TV-yə istinadən xəbər verir ki, o, 29 aprel tarixində doğulduğu Oğuz rayonunda torpağa tapşırılıb.

Yaxınlarının sözlərinə görə, altı il öncə ailə quran Sevinc qaynının ailəsindəki söz-söhbətə görə döyülübmüş.

Hadisə baş verən gün Laçın Əhmədağayev Sevincin qardaşına zəng edərək evlərinə çağırıb:

“Biz elə bildik ki, Sevinc özünü vurub, yoldaşı ilə dalaşıb, özünə nəsə edib. İçəri girdik, ağ xalça, qız ortalıqdadır. Bu hadisə uşağın gözünün qarşısında olub. Bu necə bir varlıqdır ki, ananı övladının gözü qarşısında qətlə yetirib”, – mərhumun qohumu deyib.