Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfərə gəlir – ABŞ rəsmisi nələri müzakirə edəcək?backend

Erika Olson Ermənistan, Azərbaycan və Gürcüstana səfərə gəlir – ABŞ rəsmisi nələri müzakirə edəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibinin köməkçisinin müavini Ermənistan, Azərbaycan və Gürcüstana səfər edəcək.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Erika Olson regional əməkdaşlığı və ikitərəfli məsələləri müzakirə edəcək.

O, noyabrın 2-si və 4-ü aralığında İrəvanda  ABŞ-ın Cənubi Qafqazdakı missiya rəhbərlərinin və ATƏT-in Minsk qrupunun həmsədri Endryu Şoferin təmsil olunacağı görüşdə iştirak edəcək.

Xatırladaq ki, ABŞ-ın Cənubi Qafqazdakı nümayəndəliklərinin rəhbərlərinin öncəki görüşləri 2019-cu ildə Bakıda, 2018-ci ildə isə Tiflisdə keçirilib.

konkret.az