Ərini müdafiə edən Elnarədən məşhur jurnalistə KƏSKİN SÖZLƏRbackend

Ərini müdafiə edən Elnarədən məşhur jurnalistə KƏSKİN SÖZLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Xanımını da tanımıram ki, soruşum, görüm, mənim ərim müharibədə olanda sən harada idin? Sən kimsən, nəçisən? Axı sənə yerini göstərdilər, dedilər, gözlə hamı kimi, hamı üçün ayrılmış vaxt və yer var. Yoxsa elə bilirsən Mirşahin Ağayevsən? Mirşahinin “M” hərfi də ola bilmərsən. Ay “like” dalınca qaçan “zurnalist”. Sənə zor tətbiq olunsaydı, bunu çalışdığın telekanal yayımlayardı, “Facebook” səhifəndə paylaşmazdın”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova “Instagram” hesabında yazıb.

O, bu gün “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən şəhidlərimizlə vida mərasimində hərbçi həyat yoldaşı Rövşən Cahangirovla operator arasında yaşanan mübahisəyə münasibət bildirib:

“Kim də bilməsə, biz media işçiləri çox yaxşı bilirik operatorların fəndlərini. Kameranı çiyindən yerə salmaq fəndi ki, guya buna zor tətbiq edilib. Heç olmasa şəhidə hörmət qoyardın. Mən nədən danışıram axı? Şəhidə hörmət? Vətən müharibəsində şəhidə gey deyən sən deyildin? Səni hamıdan çox müdafiə edən də mən. İndi sən guya bizi tanımırsan? Ar olsun sənin kimi jurnalistlərə. Belə ağır bir gündə özünüzə şou yarada bildizsə, daha sizə sözüm yoxdur. Ona görə də danışma. Sənin haqqın yoxdur haqdan danışmağa. Həmin tədbirdə 200-ə yaxın mətbu orqan olub. Hamı da kamera ilə. O necə yumruq idi ki, biri də görmədi və çəkmədi? Atdığınız bütün şər və böhtana görə cavab verəcəksiniz”.

Məlumat üçün bildirək ki, müğənni Elnarə Xəlilovanın hərbçi həyat yoldaşı Rövşən Cahangirov mərasimin keçirildiyi ərazidə jurnalistlərə hücum çəkib. O, bunu Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən müsahibə almaq istəyən müxbirlərə mane olmaq istəyərkən edib. Hücuma məruz qalan jurnalist Tural Museyibov bildirib ki, sonda məsələyə DSX rəisi Elçin Quliyev müdaxilə edib.