Erkən nikahlar: Hamilə qalan azyaşlılara görə kim məsuliyyət daşıyır?backend

Erkən nikahlar: Hamilə qalan azyaşlılara görə kim məsuliyyət daşıyır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nişanlanma ilə bağlı qanunvericilikdə konkret qadağa, hüququ məsuliyyət yoxdur”.

NOCOMMENT xəbər verir ki, bunu yenisabah-a açıqlamasında vəkil Kamran Tağıyev deyib.

O, həddi-buluğa çatmamış yeniyetmə qızların erkən nikaha sövq edilməsi hallarını şərh edib: “Bu, şəxsin azad hüququdur. Amma rəsmi nikah həddi-buluğa çatdıqdan sonra ola bilər. Buna qədər mümükün deyil. Çünki həddi-buluğa çatmayan şəxslərin cinsi əlaqəsi cinayət məsuliyyəti doğurur. O artıq məsələnin kriminal tərəfidir.

Əgər gizli nikahlar baş verirsə və bu aşkara çıxarsa, şəxs məsuliyyətə cəlb olunacaq. Tutaq ki, nikaha daxil olan qadın yetkinlik yaşına çatmayıbsa, bəyin də yaşı ondan 2 yaş artıqdırsa, bu artıq cinayət məsuliyyəti yaradır. O zaman həmin şəxs cinayət məsuliyyətinə cəlb olunur”.

Vəkilin sözlərinə görə, istisna hallarda nikah yaşı azaldıla bilər: “Azərbaycanda nikaha daxil olma yaşı 18-dir. Amma istisna halda qız 1 yaş kiçik ola bilər. Yəni hamiləlik və başqa üzrlü hallarda.

Təəssüf ki, qanunvericilikdə birbaşa qızın ailəsi ilə bağlı elə bir cəza nəzərdə tutulmur. Bu boşluqdan da bəzi ailələr sui-istifadə edirlər.

K.Tağıyev qeyd edib ki, qadını nikaha məcbur etmə cinayətdir: “Qadını nikaha məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 il azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər nikah yaşına çatmayan üçün 3 min manatdan 4 min manatadək miqdarda cərimə və ya 4 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur”.