Erməni bloger: Zəncirlənmiş erməni əsgərlər azərbaycanlıların fantaziyası deyilbackend

Erməni bloger: Zəncirlənmiş erməni əsgərlər azərbaycanlıların fantaziyası deyil – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni bloqer Roman Baqdasaryan İkinci Qarabağ müharibəsi zamanı döyüşdən qaçan erməni hərbçilər barədə reportaj hazırlayıb.

NOCOMMENT yeniavaz-a istinadən xəbər verir ki, Baqdasaryan yutub vasitəsilə yayımladığı görüntülərdə döyüş zamanı qaçan, mövqelərini tərk edən erməni əsgər və zabitlərdən danışıb.

O bildirib ki, bəzi görüntülər və hadisələr analiz edildikdən sonra Hadrut yaxınlığında zəncirlənmiş erməni əsgərlərinin tapılmasının səbəbi məlum olub: “Bakıda nümayiş olunan manikenlər azərbaycanlıların fantaziyası deyil! Bu, qorxaq zabitlərin öz əsgərlərinə münasibəti barədə dəhşətli həqiqətdir. Erməni zabitləri əsgərləri zəncirləyərək ruh düşkünlüyü yaşayan Ermənistan ordusunda baş verən fərariliyin qarşısını almağa çalışıblar. Müharibənin 5-ci günündə Araik Arutyunyan 5 min fərari barədə axtarış elan etdi. Bunlar gəncləri qan içində səngərdə buraxaraq qaçırdılar. İlk qaçanlar arasında Araik və onun adamlarının olmasını da unutmamaq lazımdır”.

Baqdasaryan həmçinin bildirib ki, Hadrut və Suqovuşandakı erməni dəstələri müharibədən əvvəl də qarət, oğurluq və əsgərlərin döyülməsi faktları ilə məşhur olub. Blogerin sözlərinə görə erməni məmurlar da fərqli addım atmayıb. Onların müharibədən əvvəl və sonra bahalı restoranlarda, əyləncə mərkəzlərində çəkilən fotoları bunu göstərir.