Erməni boksçunun təxribatçı əməlinə görə təşkilatçılara müraciət edildibackend

Erməni boksçunun təxribatçı əməlinə görə təşkilatçılara müraciət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Peşəkar Boks Federasiyası erməni boksçu Oqanes Baçkovun döyüş zamanı rinqdə etdiyi separatçı hərəkətlərlə əlaqədar yarışın təşkilatçılarına müraciət ünvanlayıb.

Gənclər və İdman Nazirliyindən NOCOMMENT-ə verilən məlumata görə, Baçkov rinqə qondarma “Dağlıq Qarabağ respublikası”nın “mahnı”sı ilə çıxıb, sonda isə üzərində qondarma rejimin “xəritə”si olan köynək geyinib.

Azərbaycan Peşəkar Boks Federasiyasının birinci vitse-prezidenti Fərhad Acalov report-a açıqlamasında məsələ ilə bağlı araşdırma apardıqlarını söyləyib.

Onun sözlərinə görə, sözügedən döyüş gecəsi oktyabrın 9-da Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində gerçəkləşib: “Turnir “D4G promotion” və “MTK Global Promotion” ilə birgə təşkil olunub. Bu məsələ ilə bağlı onlara müraciət edilib”.

Qeyd edək ki, Oqanes Baçkov venesuelalı Samuel Qonsaleslə döyüşə Ermənistan bayrağı ilə çıxıb, lakin qələbə qazandıqdan sonra qondarma “Dağlıq Qarabağ respublikası”nın “xəritə”si olan köynək geyinib.