Erməni deputat açıqladı: Bu kəndlər Azərbaycana veriləcəkbackend

Erməni deputat açıqladı: Bu kəndlər Azərbaycana veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın işğal etdiyi Qazaxın 7 kəndi Azərbaycana qaytarılacaq.

NOCOMMENT qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Anna Kostanyan feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, hazırda Ermənistan hökumətinin təbliğat maşını əsasən Sünik məsələsi üzərində köklənib: “Gorus-Qafan yolunda Azərbaycanın gömrük-keçid məntəqəsi quraşdırmasında problem yoxdur. Hər vəchlə çalışırlar ki, Gorus-Qafan yolunun Azərbaycana verildiyi fikrini qəbul etməsinlər. Bütün ideoloji güclərini bu işə sərf edirlər. Əslində isə Ermənistan hökuməti başqa ölkənin ərazisinə girməyib. Lakin bu gün Azərbaycana xərac verməklə məşğuldur”.

Erməni deputatın sözlərinə görə, yaxın zamanlarda Qazaxın 7 kəndinin də Azərbaycana veriləcəyi artıq gizlin deyil.

Kostanyan əlavə edib ki, Azərbaycan həmin kəndləri geri aldıqdan sonra orada da gömrük postları quraşdıracaq: “Bu şəkildə hara kimi gedəcəksən? Sizin məntiqinizlə Tavuşun 7 kəndi də Azərbaycana verilməlidir. Və veriləcək. Orada da Azərbaycan gömrük qoyacaq. O zaman nə edəcəksiniz? Rahatlayacaqsınız?”

Erməni deputat Qazaxın işğal olunmuş kəndləri ilə bağlı xəritə də yayıb.