Erməni deputat: Bakının qüdrətini AŞPA-da gördümbackend

Erməni deputat: Bakının qüdrətini AŞPA-da gördüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birmengemdə keçirilən AŞPA-da əsas məqsədimiz Ermənistanla bağlı mövcud qətnaməyə Qarabağa aid olan bəzi detalları əlavə etmək idi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu fikirləri Ermənistanı ATƏT-də təmsil edən deputat Lilit Qalstyan bildirib.

O deyib ki, bununla bağlı heç bir irəliləyiş əldə edə bilməyiblər: “AŞPA heç bir dəyişikliyi qəbul etmədi. Demək ki, mən ilk dəfə olaraq Bakının qüdrətinin bu cür mötəbər bir arenada qorunduğunun şahidi oldum. AŞPA-da erməni nümayəndə heyəti qətnaməyə Ermənistan və ya Dağlıq Qarabağla bağlı əlavələri daxil edə bilmədi. Ermənistanın belə bir ciddi beynəlxalq arenada təcrid olunması ilə də ilk dəfə idi üzləşirdim”.