Erməni deputat: “Ermənistan Silahlı Qüvvələrinə təcrübəsiz şəxslər rəhbərlik edir”backend

Erməni deputat: “Ermənistan Silahlı Qüvvələrinə təcrübəsiz şəxslər rəhbərlik edir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinə orduda xidmət etməyən şəxslər rəhbərlik edir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı, “Mənim şərəfim var” fraksiyasının üzvü Taquhi Tovmasyan keçirdiyi mətbuat konfransında deyib.

O, həmçinin orduda qumar oyunlarının geniş yayıldığını diqqətə çatdırıb.

Deputat bildirib ki, Ermənistanda qumar oyunlarının dövriyyəsi 2018-ci ilə qədər 3 milyard dram (7,4 milyon dollar) idisə, bu gün bu rəqəm 5 trilyona (12 mlrd. dollar) çatıb.

T.Tovmasyan bu vəziyyətə görə mövcud hakimiyyəti günahlandırıb.