Erməni deputat: Moskvada imzalanan razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundurbackend

Erməni deputat: Moskvada imzalanan razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mümkün olan bütün hakimiyyətyönümlü KİV vasitəsilə böyük sevinclə yeni razılaşma ilə Ermənistanı İran və Rusiya ilə birləşdirəcək dəmir yolunun açılacağı təqdim olunurdu”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu İşıqlı Ermənistan Partiyasının sədri, deputat Edmon Marukyan feysbuk səhifəsində yazıb.

“Bununla belə, erməni xalqının bu görüşdən yalnız bir gözləntisi var idi – hərbi əsirlərin qısa zamanda qaytarılması barədə razılaşma. Ancaq bu baş vermədi”, – deyə o qeyd edib.

Deputatın fikrincə, Moskvada imzalanan yeni razılaşma yalnız Azərbaycanın maraqlarına uyğundur. O qeyd edib ki, müzakirə yenə rəsmi Bakının gündəliyi çərçivəsində aparılıb.