“Ermənistanın Baş naziri Nikol Paşinyan hakimiyyətini qorumaq üçün Rusiyaya qarşı işləməyə hazırdır”.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu müxalif “Ermənistan” fraksiyasının deputatı Andranik Tevanyan aprelin 15-də parlamentdə ənənvi brifinqdə bildirib.
O, Nikol Paşinyanı Rusiya-Ermənistan müttəfiqliyinə ziyan vurmaqda ittiham edib: “Onun əsas hədəfi Artsaxı Azərbaycana vermək, sülhməramlıları oradan çıxarmaq və gələcəkdə Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazasının çıxmasını təmin etməkdir”.
O, əmindir ki, Paşinyan Əliyev və Ərdoğanın tələblərini təmin etməklə kresloda daha çox oturmağa çalışır. Tevanyan bildirib ki, hazırda regionda müharibə təhlükəsi yoxdur. İndi Artsaxda və ya Ermənistanda müharibə Rusiya və İrana qarşı müharibədir. Onun fikrincə, müharibə təhlükəsi Ermənistan hakimiyyəti tərəfindən güzəştlərə haqq qazandırmaq üçün şişirdilir.