Erməni deputat seçki anonsu verdi: Baş nazirliyə namizədbackend

Erməni deputat seçki anonsu verdi: Baş nazirliyə namizəd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Baş nazirliyə namizəd partiya ofislərində deyil, xalqın iştirakı ilə müəyyənləşəcək. Bu, qarşımıza qoyduğumuz məqsəddir”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu sözləri ötən gün avqustun 22-də “Yerkir Media”, “Kanal 5” və “H2” televiziyalarına müsahibəsində Ermənistan Milli Məclisinin “Ermənistan” fraksiyasının üzvü, müxalif “Daşnaksutyun” partiyasının Baş Assambleyasının nümayəndəsi İşxan Saqatelyan deyib.

Müxalifətin baş nazir postuna vahid namizədinin adının mübarizənin növbəti mərhələsində təqdim edilib-edilməyəcəyi ilə bağlı suala cavab olaraq Saqatelyan xatırladıb: “Namizəd partiyanın ofislərində yox, xalqın iştirakı ilə müəyyənləşəcək. Biz bu sualdan qaçmırıq, amma bu günlərdə biri xilaskar, biri lider, biri də atlı qəhrəman kimi gəlib ölkəni vəziyyətdən çıxaracağına söz verir, amma sizi inandırıram ki, hazırda elə birisi yoxdur. Xilaskarlar hər döyüşə hazır olan soydaşlarımızdır ki, onlar da sona qədər bu yolda gedəcəklər. Biz indi vətən uğrunda fədakarcasına döyüşməyə hazır olan qüvvələri tapmalıyıq. Möhkəmlənmə vətənin bütövlüyü və onun ətrafında olmalıdır. Ortalığa namizəd gətirməyə ehtiyac varmı? Bəli, bu məqsəd bizim qarşımızdadır”.