Erməni deputat: Təkcə yolun açılmasını sülhməramlılardan tələb etməməliyik…backend

Erməni deputat: Təkcə yolun açılmasını sülhməramlılardan tələb etməməliyik…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin müxalif “Ermənistan” fraksiyasının deputatı Artsvik Minasyan Qarabağdakı Rusiya sülhməramlılarının müdafiəsinə qalxıb.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, deputat Laçın dəhlizinin açılmasını Rusiya sülhməramlılarından tələb etməyin doğru olmadığını deyib.

“Bunun üçün özümüz işləməliyik, təkcə Rusiya sülhməramlılarından yolun açılmasını tələb etməməliyik”, – deyə erməni deputat bildirib.

O, katiblik etdiyi fraksiyanın Rusiya sülhməramlılarının fəaliyyətini dəstəklədiyini də ifadə edib.

“Amma biz Rusiya Federasiyasını Laçın dəhlizinin açılması üçün bütün lazımi tədbirləri görməyə çağırdıq. Niyə bu barədə danışmırsınız? Yoxsa anti-Rusiya isteriyasını qaldırmaqdan zövq alırsınız?”, – deyə Minasyan əlavə edib.

Xatırladaq ki, bu gün keçirilən iclasda bir az əvvəl çıxış edən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, erməni tərəfi vəziyyətin nizamlanması üçün rusiyalı tərəfdaşlarla işləyir və müxalifəti də buna çağırır.