Erməni deputatdan Qarabağ ETİRAFI: Bu imkandan məhrum edilmişikbackend

Erməni deputatdan Qarabağ ETİRAFI: Bu imkandan məhrum edilmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bir daha xatırladıram, təəssüf ki, 44 günlük müharibə nəticəsində, bəli, Ermənistan Artsax xalqının hüquqlarını hərbi yolla müdafiə etmək imkanından məhrum edilib”.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində parlamentin Xarici Əlaqələr Komissiyasının sədri Eduard Ağacanyan bildirib.

E.Ağacanyan deyib ki, bu, 10 noyabr razılaşmasında Rusiya sülhməramlıları və onların Qarabağda olmasına dair bəndlə bağlıdır, əks halda onlar həmin ərazidə olmazdılar.

Komissiya sədri bildirib ki, Ermənistanın Qarabağda hərbi mövcudluğu yoxdur.

“Biz masada olan resursları aydın və real qiymətləndirməliyik, söhbət siyasi və diplomatik resurslardan, beynəlxalq ictimaiyyətin məsələyə maksimum cəlb edilməsindən gedir”, – Ağacanyan bildirib.

Deputatın sözlərinə görə, o, bunu ABŞ konqresmenləri ilə görüşündə də deyib və beynəlxalq mexanizmlərin Qarabağda işləməsinin vacibliyini vurğulayıb. Ağacanyan deyib ki, onlar Qarabağ ermənilərinin kütləvi mühacirətindən ehtiyatlanırlar.

Ağacanyanın sözlərinə görə, Türkiyə məqsədlərində Ermənistanı çaşdırmağa çalışmır, “onlar öz məqsədlərində çox düzdürlər, çox açıq şəkildə bildirirlər ki, Türkiyə Ermənistan və Azərbaycanla öz koordinasiyasını həyata keçirir”.

“Bu, Ermənistan-Türkiyə münasibətlərinin mümkün inkişafı üçün problemlidir. Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinə gəlincə, Ermənistan beynəlxalq ictimaiyyətin maksimum təmsilçiliyini təmin etmək üçün səy göstərməlidir. Nüfuzlu siyasi vasitəçinin olması çox vacibdir. Ermənistan üçün silahlanması, regional qüvvələrin balansının bərpası çox vacibdir, lakin bu, uzun prosesdir. Hazırda bizə siyasi həll yolları, böyük siyasi təsirə malik, razılaşmalara zəmanət verəcək vasitəçilər lazımdır”, – deyə Ağacanyan bildirib.