Erməni deputatdan xəbərdarlıq: Hakimiyyət əsgər valideynlərindən qorxmalıdırbackend

Erməni deputatdan xəbərdarlıq: Hakimiyyət əsgər valideynlərindən qorxmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Çox sadə səbəbdən müxalifətin mitinqlərində iştirak edə bilmirəm: aksiyanın başlanmasından saat yarım əvvəl məni polisə dindirməyə çağırırlar”.

NOCOMMENT xəbər verir ki, bu barədə “168.am”a müsahibəsində “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qaqik Tsarukyan bildirib.

“Hakimiyyət hər şeydən daha çox Tsarukyanın xalqla görüşə biləcəyindən qorxur. Amma Tsarukyandan qorxmaq lazım deyil. Onlar öz siyasətlərindən qorxmalıdırlar, Qarabağ müharibəsində biabırçı məğlubiyyətlərindən qorxmalıdırlar”, – deyə müxalif siyasətçi deyib.

Qaqik Tsarukyan qeyd edib ki, Ermənistan hakimiyyəti dünya ermənilərindən də çəkinməlidir. “Qoy həlak olmuş və itkin düşən əsgərlərin valideynlərindən qorxsunlar”, – deyə o vurğulayıb.