Erməni deputatlar azərbaycanlı həmkarları ilə süfrə arxasında oturmaqdan imtina etdilərbackend

Erməni deputatlar azərbaycanlı həmkarları ilə süfrə arxasında oturmaqdan imtina etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avronest Parlament Assambleyasının iclasında iştirak edən 2 azərbaycanlı deputat erməni həmkarlarının təpkisi ilə üzləşib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri qeyd edib: Bu gün onlar Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində görüş keçirəcəklər. İclasda həm hakim fraksiyadan, həm də müxalifətdən olan deputatlar – Ayk Mamicanyan, Artur Kazinyan, Artur Xaçatryan, Anna Qriqoryan iştirak edəcək.

“Dünən “Pandok Yerevan” restoranında müxalifət deputatlarının iştirak etmədiyi nümayəndə heyətinin üzvlərinin şərəfinə şam yeməyi verilib. Bu gün “Yasəman” restoranında da şam yeməyi nəzərdə tutulub və orada müxalifətçi deputatlar da iştirak etməyəcəklər. Yəni onlarla bir süfrə arxasında oturub yemək yemək istəmirlər. Əvəzində Azərbaycanın ünvanına kəskin tənqidi fikirlər səsləndirmək, erməni əsirlərin qaytarılması problemini və digər məsələləri gündəmə gətirmək niyyətindədirlər”.