Erməni deputatlar ilin sonunadək sülh müqaviləsinin imzalanacağına inanmırlarbackend

Erməni deputatlar ilin sonunadək sülh müqaviləsinin imzalanacağına inanmırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanla Azərbaycan arasında sənədin imzalanması ilk növbədə Ermənistanın milli maraqlarına nə dərəcədə əməl ediləcəyi ilə bağlı bir neçə faktordan asılıdır.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bunu Ermənistan parlamentində keçirdiyi brifinqdə hakim “Vətəndaş müqaviləsi” fraksiyasından olan deputat Gevork Papoyan deyib.

Deputat bu ilin sonuna qədər sənədin imzalanmasının mümkün olub-olmaması ilə bağlı suala belə cavab verib: “İlin sonuna qədər imzalanma ehtimalına gəlincə, həm bəli, həm də yox deyə bilərəm. Çünki imzalanma hər iki tərəfdən asılıdır. Konkret olaraq Ermənistan üçün, onun “qırmızı xətlər”inə əməl edilib-edilməməsindən. Belə ola bilməz ki, biz sənədi “qırmızı xətlər”imizin pozulması şərti ilə imzalayaq”.

Hakim “Vətəndaş müqaviləsi” fraksiyasının katibi Artur Ovannisyan isə bildirib ki, erməni tərəfi ilin sonuna qədər sənədi imzalamaqda qərarlı olduğunu qeyd edir, imzalanacağını demir:  “Bunlar tamamilə fərqli şeylərdir. Biz bu istiqamətdə işləyirik və sülh müqaviləsinin imzalanması üçün mümkün olan hər şeyi edəcəyik. Bunun nə dərəcədə mümkün olduğunu heç kim deyə bilməz, çünki bu, bir çox amillərdən, o cümlədən Azərbaycanın mövqeyindən asılıdır”.

Bundan əvvəl baş nazir Nikol Paşinyan parlamentin sülh müqaviləsi əvəzinə Azərbaycanla çərçivə sazişi imzalamağı təklif edib.

Paşinyan təklifini belə əsaslandırıb ki, sülh müqaviləsi sərhədin delimitasiyası və demarkasiyasının başa çatmasını nəzərdə tutur və bu, illər çəkə bilər. Ona görə də İrəvan ilk növbədə Ermənistan-Azərbaycan sərhədinin demilitarizasiyasının, qoşunların geri çəkilməsinin tərəfdarıdır. Sonra çərçivə sənədini imzalamağı və sərhədləşdirmə işlərinə başlamağı istəyir.