Erməni deputatlar Qarabağa qanunsuz səfər etdilərbackend

Erməni deputatlar Qarabağa qanunsuz səfər etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin müxalifətin Müqavimət Hərəkatında təmsil olunan deputatları vitse-spiker İşxan Saqatelyanın başçılığı altında iyunun 21-dən 23-nə kimi Qarabağda qanunsuz səfərdə olublar.

Onlar Qarabağdakı separatçılarla – keçmiş və hazıkı başçılarla, siyasi qüvvələrlə görüşlər keçiriblər.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Ermənistan parlamentinin müxalifətdən olan deputatı Tiqran Abramyan bu gün Qarabağ səfəri barədə açıqlama yayıb.

“Biz Müqavimət Hərəkatının tərkibində Qarabağa səfər etmişik. Bu, kifayət qədər səmərəli, hərtərəfli və yalnız rəsmi görüşlərlə məhdudlaşmayan hadisəli səfər idi”, – deyə o bildirib.

Deputatın sözlərinə görə, onlar Ağdərə, Əsgəran, Xocavənddə, eləcə də Qarabağın mərkəzi şəhəri Xankəndidə müxtəlif peşə sahibləri ilə çoxlu sayda görüş keçiriblər.

“Əsas vəzifə danışmaq yox, soydaşlarımızı dinləmək idi”, – deyə Abramyan qeyd edib.

Bundan əlavə, Abramyan Qarabağdakı qondarma rejimin parlamentində yerli siyasi qüvvələrlə görüş keçirildiyini qeyd edib.

“İştirak edənlərin hamısı razılaşdı ki, Ermənistan və Qarabağ heç bir halda azərbaycanlaşmamalı və türkləşməməlidir”, – deyən deputatın sözlərinə görə, bu, indi prioritet gündəmdir.

Onun sözlərinə görə, separatçıların keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyanla görüşlərdə Qarabağda milli məsələlərdə ictimai-siyasi konsensusun olduğu, “Qarabağ xalqının” öz haqlı tələbini reallaşdırmaqda həmrəyliyi vurğulanıb.