backend

Erməni deputatlar Qarabağdakı rusiyalı komandanla görüşdülər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 21-də Ermənistan parlamentinin fraksiya rəhbərləri Rusiyanın Qarabağdakı sülhməramlı qoşunlarının komandanı, general-mayor Andrey Volkovla görüşüblər.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat departamenti məlumat yayıb.

Erməni deputatlar general Volkovla Rusiyanın Qarabağdakı sülhməramlı missiyasının regionda sabitliyin təmin edilməsindəki rolunu vurğulayaraq, ümumi vəziyyəti, regionda mövcud və gələcək hadisələri müzakirə ediblər.

İclasda Xankəndini Ermənistanla birləşdirən və Laçın şəhərindən yan keçən yeni yolla da bağlı fikir mübadiləsi aparılıb, bəzi problemlərin olduğu qeyd edilib.

Rusiya sülhməramlı qoşunlarının komandanı əmin edib ki, yeni yolda təhlükəsizlik məsələsi tamamilə Rusiya sülhməramlılarının nəzarəti altındadır və hazırkı tikinti işlərinin başa çatması ilə mövcud problemlər aradan qalxacaq.

Görüşdə müxtəlif formatlarda tez-tez təmasların aparılmasının zəruriliyi vurğulanıb.