Erməni deputatlar toqquşma olan əraziyə gəldibackend

Erməni deputatlar toqquşma olan əraziyə gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin müxalif deputatları ötən gün toqquşmanın baş verdiyi əraziyə gəliblər.

NOCOMMENT.az erməni mətbuatına istinadən xəbər verir ki, “Hayastan” fraksiyasının deputatlarının Gorus rayonunun Dığ yaşayış məntəqəsinə səfər etdiyi bildirilir.

Deputatların yaşayış məntəqəsində hərbçilərlə görüşəcəyi gözlənilir.

Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində Ermənistan ordusunun 4 hərbçisi məhv edilib, 6-sı yaralanıb. Təxribatın qarşısını alarkən 3 hərbçimiz şəhid olub.

modern.az