Erməni deputatların davası Avropaya dərs olmalıdırbackend

Erməni deputatların davası Avropaya dərs olmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün Ermənistan parlamentində deputatlar arasında baş verən insident sözün əsl mənasında qaydasız döyüş turnirini xatırladırdı. Elementar etik davranış qaydasını bilməyən erməni deputatlar həm bir-birinə etdikləri “hörməti” həm də ölkələrinin mövcud siyasi vəziyyətini sözün əsl mənasında nümayiş etdirmiş oldular.

NOCOMMENT xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Ermənistan parlamentində deputat Ayk Sarkisyanla Seyran Ohanyan arasında başlayan daha sonra digər deputatların iştirakı ilə əlbəyaxa davaya çevrilən insident haqda danışarkən deyib.

Q. Hüseynli qeyd edib ki, Qərb və digər böyük güclər hələ öz parlamentində bir-biri ilə ortaq məxrəcə gələ bilməyən bir ölkə ilə Azərbaycanın yenidən danışıqlar masasına oturmasını istəyir: “Ermənistan parlamentində dünən yaşanan insident rəsmi Bakının bir çox məsələdə nə qədər haqlı olduğunu bir daha sübut etmiş oldu. Məsələ ondadır ki, rəsmi Bakı illərdir Ermənistanla danışıqların mənasız olduğunu bu ölkənin ancaq sərt gücdən anladığın qeyd edirdi. Təəssüf ki, bu gün hələ də bəzi ölkələr rəsmi Bakının İrəvanla danışıqlar masasına oturmalı olduğunu təklif edir.

Maraqlıdır, bu gün öz parlamentində milli deputatları arasında vahid fikrə gələ bilməyən bir hökumət bizimlə hansı məsələdə danışmaq istəyir? Düşünürəm, erməni deputatların parlamentdə əlbəyaxa davaya çıxması başda Avropa olmaqla, bir çox dövlətə dərs olmalıdır. Biz əgər bu ölkə ilə hələ də danışıqlar aparsaydıq, torpaqlarımızın işğaldan azad edilməsi daha 27 il gecikə bilərdi”.

Politoloqun sözlərinə görə, vaxtilə Azərbaycan ordusuna “gücünü” göstərə bilməyən Seyran Ohanyan gücünü digər deputat həmkarlarına sübut etməyə çalışırdı: “Mülki Müqavilə Partiyasının deputatı Ayk Sarkisyana keçmiş müdafiə naziri Seyran Ohanyanın atdığı təpik onu elə “Ohanyan səddi” kimi yerlə-yeksan etdi. Düşünürəm, bu hadisə Ermənistan parlamenti üçün ilk olmadığı kimi son da olmayacaq. Çünki 44 günlük müharibənin acısı bu ölkəni içdən-içə yeməyə qoymayacaq. Rəsmi İrəvan və onun səriştəsiz hakimiyyəti nə qədər ki, mövcud reallıqlarla barışmayıb xam xəyallar içərisində yaşayacaq, ölkə xaricində də, daxilində də hələ çox şillə, təpik yeyəcək”.