Erməni diasporuyla rusiyalı generalların gizli sövdələşməsi – SİRLƏR AÇILDIbackend

Erməni diasporuyla rusiyalı generalların gizli sövdələşməsi – SİRLƏR AÇILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyadan Ermənistana göndərilməsi nəzərdə tutulan hərbi təyinatlı mallar – zirehli döyüş jiletləri, gödəkçələr və dəbiləqlər martın 5-də Rusiya-Gürcüstan sərhədindəki “Yuxarı Lars” nəzarət-buraxılış məntəqəsində aşkar edildi. Hərbi təyinatlı mallar yük maşınlarında Ermənistana çatdırılmalı idi. Həmin mallar bir aya yaxın müddətdə sərhəddə saxlanıldı. Gürcüstan sərhədçiləri sürücülərin sənədlərini və hərbi təyinatlı yüklərini müsadirə edərək onların yola davam etməsinə qadağa qoydu. Gürcü sərhədçilər yükün buraxılması üçün ölkənin Müdafiə Nazirliyinin icazəsinin lazım olduğunu bildirmişdi. Belə bir icazə isə yox idi və ola da bilməzdi. Hərbi yükləri daşıyan sürücülərdə həmin icazə olmadığı üçün onlar Rusiyaya geri qaytarıldılar”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Konkret.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu bildirib. O qeyd edib ki, Rusiya artıq necənci dəfədir ki, Gürcüstan üzərindən gizli şəkildə Ermənistana hərbi məqsədli yüklər çatdırmaq istəyir: “Axı Moskvaya da aydın olmamış deyil ki, 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətini kəsən Gürüstan öz torpaqlarından Ermənistana hərbi yüklərin daşınmasına imkan verməyəcək. Qarabağda müharibə günlərində də rəsmi Tbilsinin bəyanatı olmuşdu:

“Gürcüstan öz ərazisindən müharibə tərəflərindən heç birinin hərbi yüklərinin daşınmasına imkan verməyəcək”. Bu qadağanı bilə-bilə nə məcburdur ki, hərbi yüklər gizli şəkildə Gürcüstan üzərindən Ermənistana çatdırılsın? Rusiya Müdafiə Nazirliyi həmin yükləri rahatlıqla təyyarələr vasitəsilə də Ermənistana çatdıra bilər. Rusiya Müdafiə Nazirliyi 44 günlük müharibə günlərində Ermənistana hərbi yükləri məhz hava sahəsi üzərindən daşıyırdı. Bunu hamı bilir”.

Elxan Şahinoğlunun sözlərinə görə, o da mümkündür ki, Rusiyadakı erməni diasporunun imkanlı nümayəndələri aldıqları hərbi yükləri Gürcüstan üzərindən daha ucuzuna çatdırmaq istəyə bilərdilər: “Bu belədirsə, Moskva maraqlanmalıydı ki, hansı ermənilər Rusiya Müdafiə Nazirliyinin başı üzərindən Ermənistana hərbi yüklər daşımaq istəyib. Maraqlanmırlarsa, deməli söhbət erməni diasporuyla rusiyalı generalların birgə sövdələşməsindən gedir. Birincilər, ikincilərə pul verib və onlar da aldıqları rüşvət müqabilində ucuz başa gəlsin deyə nəqliyyat yolunu üstün tutublar. Kreml “İskəndər” raketlərində olduğu kimi hərbi təyinatlı malların Gürcüstan marşrutu ilə Ermənistana çatdırılması məsələsinə də aydınlıq gətirmək istəmir”.