Erməni ekspert: Hakimiyyətin Türkiyəyə qarşı embarqo siyasəti iflasa uğradıbackend

Erməni ekspert: Hakimiyyətin Türkiyəyə qarşı embarqo siyasəti iflasa uğradı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan hakimiyyəti türk mallarının idxalına qoyulan qadağaya nəzarəti iflasa uğratdı və eyni ilə biabırçı şəkildə embarqonu ləğv etdi”.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bunu Sputnik Armenia-ya müsahibəsində “Export Armenia” icmasının qurucusu Emil Stepanyan deyib.

“Ölkə hakimiyyəti nəinki qadağanın icrasına nəzarət etməyib, hətta heç bir şəkildə yerli istehsalçılara kömək etməyə çalışmayıb. İdxalçılar məhdudiyyətin qüvvəyə minməsinə 2 ay qalmış anbarlarını növbəti 6 ay üçün türk malları ilə doldurublar. Yalnız son aylarda bəzi yerli istehsalçılar bazara girə bildilər. Amma türk malları geri qayıdandan sonra onlar yenə erməni mallarını bazardan çıxarırlar. Türkiyənin dövlət dəstəyi, innovativ yanaşmaları və istehsalın avtomatlaşdırılması var ki, bu da onların məhsullarını daha rəqabətəqabiliyyətli edir”, – deyə ekspert bildirib.