Erməni ekspert: Paşinyan Azərbaycana vəd verib ki…backend

Erməni ekspert: Paşinyan Azərbaycana vəd verib ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“10 noyabr üçtərəfli bəyanatına imza atan Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycana Zəngəzur dəhlizinin açılacağı vədini verib”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu erməni siyasi ekspert Avetik Çələbyan deyib.

Ekspert Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Ermənistana girişinə qadağanın qoyulmasının dəhliz məsələsi ilə bağlı səsləndirdiyi fikirlə əlaqəli olduğunu söyləyib: “Hakimiyyət indi əsaslandırmağa çalışacaq ki, Zatulin Ermənistan ərazisindən dəhliz verilməsindən danışıb, Rusiya İrəvana dəhlizlə bağlı təzyiq göstərir. Acı reallıq ondan ibarətdir ki, bu dəhliz Azərbaycana 10 noyabr tarixli razılaşma əsasında vəd edilib. Bu sənədin altında Paşinyanın imzası var”.