Erməni əsgərini sərhəddə kim qətlə yetirib?backend

Erməni əsgərini sərhəddə kim qətlə yetirib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni sosial şəbəkə istifadəçiləri ötən gün özləri yazdılar ki, 19 yaşlı əsgər Suren Səfəryan Azərbaycan Ordusunun atəşi nəticəsində ölməyib.

NOCOMMENT.az xəbər veirr ki, bu sözləri Axar.az-a hərbi ekspert Ədalət Verdiyev ötən gün sərhəddə bir erməni əsgərin ölməsi, bir neçəsinin yaralanması ilə bağlı insidentin daxili atışma olması barədə danışarkən deyib.

Ekspert əminliklə bildirib ki, S.Səfəryan erməni postunda öz yoldaşları tərəfindən qətlə yetirilib.

Ekspert qeyd edib ki, onsuz da Ermənistanda baş verən istənilən insidentə görə düşünmədən Azərbaycanı günahlandırmaq adət halını alıb:

“Bununla Ermənistan hakimiyyəti ordu daxilindəki başıpozuqluğu ört-basdır etməyə çalışır. Ancaq hesab edirəm ki, biz də bu kimi təxribatlara hazır olmalıyıq və baş verən hadisələrin bizimlə əlaqəsi olmadığını, mümkündürsə vizual, mümkün deyilsə, bəyanat şəklində dərhal təkzib etməliyik”.

Qeyd edək ki, Ermənistanın Göyçə mahalının Azərbaycanla sərhədindəki hərbi postunda ötən gün baş verən atışmanın Azərbaycan Ordusu ilə heç bir əlaqəsi olmadığını Müdafiə Nazirliyi rəsmən elan edib.