Erməni əsgərlər aclıq içərisində – VİDEObackend

Erməni əsgərlər aclıq içərisində – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər sosial şəbəkələrdə erməni hərbçilərin narazılığını, acınacaqlı durumunu və fərariliyini əks etdirən videogörüntülər yayılır.

NOCOMMENT.az xəbər verir ki, həmin videogörüntülərdən birində bir qrup hərbçinin başsız qaldığı və 3 gündür ac, susuz əraziyə atıldıqları aydın olur.

Hərbçilərdən biri videogörüntünü qeydə alarkən belə deyir:

“Baxın, ay millət, bu artıq 2-ci gündür. Armavir vilayətindən gələnlər, digərləri də bir biri vilayətlərdən (çəkərək göstərir). Yağışın altında, 3 gündür ac, nə yemək var, nə adam var, nə əsgər var. Gətirib atıblar bura, gediblər. Heç kimin vecinə (söyüş söyür) deyilik. 3 gündür vəziyyətimiz budur. Gəlin, silahları götürək düşək aşağı, hərbi hissəyə. Hələ baxın (yeri çəkir)”.

Göründüyü kimi, Azərbaycan Ordusunun qüdrəti qarşısında pərən-pərən düşən erməni hərbçilərini bu cür acınacaqlı duruma düşüblər.
Trend