Erməni əsgərlərin qohumları İrəvan-Gümrü dəmiryolunu bağlayıblarbackend

Erməni əsgərlərin qohumları İrəvan-Gümrü dəmiryolunu bağlayıblar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda müharibə zamanı itkin düşməsi iddia olunan erməni hərbçilərinin qohumları səhər saatlarında Yerevan-Gümrü dəmiryolunu bağlayıblar.

NOCOMMENT report-a istinadən xəbər verir ki, nəticədə qatarların bu marşrut üzrə hərəkəti dayanıb.

“Sərnişindaşıma qrafiki pozulub. Elektrik qatarları stansiyalarda qalıb”, – deyə Cənubi Qafqaz dəmir yolu şirkətinin mətbuat katibi Ruben Qrdzelyan yerli mediaya söyləyib.

Ermənistan Müdafiə Nazirliyinin binası qarşısındakı vəziyyət gərgin olaraq qalır. İtkin düşmüş əsgərlərin valideynləri nazirliyin binasına soxulmağa çalışırlar. Əsgərlərin valideynləri Müdafiə naziri Vaqarşak Arutyunyanın və Baş Qərargah rəisi Artak Davtyanın görüş üçün onların qarşısına çıxmalarını tələb edirlər.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, hələ ki heç bir nəticə əldə olunmayıb. Müstəqil deputat Sofia Ovsepyan hadisə yerindədir. O, Müdafiə Nazirliyində məsələnin optimal həll yolunu tapmaq üçün müşavirə keçirildiyini bildirib.

Cümə günü səhər saatlarında etirazçılar nazirlik binasının üzərində helikopterin uçduğunu görüblər. Bəziləri nazir Vaqarşak Arutyunyanın helikopterlə ərazidən uzaqlaşdığını, digərləri isə əksinə Müdafiə Nazirliyinə gəldiyini düşünür.