Erməni əsgərlərin valideynləri: Paşinyan bacarmır, Putinə müraciət etməliyikbackend

Erməni əsgərlərin valideynləri: Paşinyan bacarmır, Putinə müraciət etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda ikinci Qarabağ müharibəsində itkin düşmüş hərbçilərin valideynləri baş nazir Nikol Paşinyanla görüşdən narazı qalıblar.

NOCOMMENT report-a istinadən xəbər verir ki, valideynlərin bir hissəsi görüşü yarımçıq tərk ediblər. Bəziləri isə hökumət binasında qalaraq baş nazirlə danışıqları davam etdiriblər.

“Yeddi aydır cavab vermirlər. Ora-bura, DNT mərkəzinə göndərirlər. Heç kim valideynlərə həqiqəti söyləmir. Onlara danışmaq asandır, uşaqları yanındadır”, – deyə valideynlərdən biri kobud tərzdə qeyd edib.

“Ümid edirdik ki, hökumət var, amma bu şəxs (baş nazir Nikol Paşinyan-red) suallarımızı cavablandıra, uşaqlarımız haqqında məlumat verə bilmir ki, övladlarımızın harada olduğunu, əsir və ya itkin düşdüyünü bilək. Əgər işləyə bilmirsə, bizə yalnız Putinə müraciət etmək qalır”, – deyə başqa valideyn şikayətlənib.

Qeyd edək ki, dünən səhər aksiyanın iştirakçıları problemlərinin KİV-də işıqlandırılmasından imtina ediblər. Onlar hesab edirdilər ki, artıq səs-küy problemin həllinə mane olur.