Erməni faşizminə zərbə Almaniyanı narahat etdibackend

Erməni faşizminə zərbə Almaniyanı narahat etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan 44 günlük müharibə zamanı təkcə torpaqlarını işğaldan azad etmədi, həm də erməni faşizmi üzərində mütləq qələbə qazandı. Bu, Azərbaycanın dünyada faşizm üzərində sayca ikinci qələbəsi idi.

1945-ci ildə xalqımız alman faşizmi üzərində də qələbə qazanmışdı. Görünür, faşizm üzərində ikinci dəfə qazanılan bu qələbə bir zamanlar faşizmi özü üçün dövlət ideologiyası sayan Alamaniyanı ciddi narahat edib. Əks təqdirdə son zamanlar bu ölkə Avropanın ölkəmizə qarşı apardığı qərəzli siyasətin lokomotiv rolunu oynamazdı.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Avropanın Azərbaycana qarşı apardığı qərəzli siyasət və bu siyasətdə Almaniyanın lokomotiv rolunu oynaması haqda danışarkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycanın Ermənistanı kapitulyasiyaya məcbur etməsi Avropanın bir sıra aparıcı dövlətlərini, o cümlədən Almaniyanı məyus edib:

“27 illik işğal dövrü zamanı Qərbin bu işğala münasibətinin şahidi olduq. Rəsmi Bakıya sülhün qorunmasının vacibliyindən danışan Qərbin “demokratik”, “humanist” dövlətləri faktiki olaraq işğalla barışmağımızı istəyirdilər. Təbii ki, 44 günlük müharibə zamanı biz bu ölkələrin bir daha iç üzünü gördük. Başda Fransa olmaqla, əksər Avropa ölkələri nəinki rəsmi Bakını işğal altında olan torpaqlarını azad etməkdən çəkindirməyə çalışdı, həm də açıq şəkildə təzyiqlər etdi.

Bu gün təəssüf ki, Qərbin Azərbaycana qarşı apardığı ədalətsiz siyasətə bir ölkənin də qatıldığını müşahidə edirik. Maraqlıdır ki, Almaniya da tarixi rəqibi Fransa kimi Azərbaycana qarşı ədalətsiz, qərəzli siyasət aparır. Lakin belə bir sual yaranır. Nə üçün Almaniya Azərbaycanın əldə etdiyi tarixi qələbədən bu qədər narazıdır?

Almaniya görünür, yaxın keçmişini unudub. Onu da deyim ki, bu keçmiş Avropanın əksər imperialist dövlətlərinin qaranlıq tarixindən daha qaranlıqdır. Bu gün dünyanın əksər xalqları kimi Azərbaycan xalqı da nə faşist Almaniyasını, nə də onun qaniçən lideri Adolf Hitleri unudub. Azərbaycan xalqı heç Holokostu da unutmayıb. O Holokost ki, Almaniya tərəfindən qardaş yəhudi xalqına qarşı törədilib.

Almaniya yaxın tarixində insanlıq tarixinə vurduğu bu ləkəni unutmuş ola bilər, lakin Azərbaycan xalqı unutmayıb. Necə ki, vaxtilə babalarımız faşizm üzərində qələbə çalıb ədaləti bərpa etdi, bu gün o babaların nəticələri erməni faşizmi üzərində qələbə qazandı. Əgər bu, Almaniyanı narahat edirsə, açıq desinlər və biz bunu anlaya bilərik!

Bugünkü Almaniya 1933-cü ilin Almaniyasına çox bənzəyir. 1933-cü ildə bu ölkədə necə ki, faşizm, antisemitizm, irqçilik, rasizm kimi fikirlər formalaşırdısa, bu gün də bəzər şəkildə neonasizm, islamofobiya, neorasizm kimi ideyalar formalaşır. Bu proses bizi sadəcə təəssüfləndirir. Çünki Almaniya 1933-cü ilin Almaniyasına doğru geriləyir.

Bu gün rəsmi Berlin Qərbin Azərbaycana məkrli, ikiüzlü siyasətinin lokomotivi olmaq istəyirsə bizim onlara verəcəyimiz yeganə cavab tarixi Yelenendorf, Annenfeld kimi alman koloniyalarıdır. Alman xalqı 19-cu əsrdə vətənlərindən didərgin düşərkən pənah gətirdikləri Azərbaycanı, Azərbaycan xalqını, görünür, unudublar”.