Erməni general: Əgər savaşın 4-cü günü dayansaydıq…backend

Erməni general: Əgər savaşın 4-cü günü dayansaydıq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibənin dördüncü günündə dayanmağı təklif etdim.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş Qərargah rəisi Onik Qasparyan deyib.

“Müharibənin dördüncü günündə Təhlükəsizlik Şurasının iclasında mən itkilərimizi və ordunun yaranacaq situasiya ilə bağlı qiymətləndirməni təqdim etdim. Qeyd etdim ki, 2-3 gün ərzində müharibənin dayandırılması üçün tədbir görülməlidir, əks təqdirdə belə intensivlikdə gedən hərbi fəaliyyətlər zamanı bizim resurslarımız qısa zaman ərzində tükənəcək və ondan sonrakı hər gün bizim danışıqlar prosesi üçün şəraitimiz əlverişsiz olacaq”, – deyə o bildirib.

Qasparyan hazırkı razılaşmanın şərtlərinin çox ağır olduğunu, amma Ermənistanın çox pislə faciə arasında seçim etdiyini deyib:

“Biz çox pisə üstünlük verdik. Bu gün mənim həyatımın ən pis anı idi, şəxsi faciəm idi”.