Erməni general: İlk 5 gündə 1 500 fərrarimiz var idibackend

Erməni general: İlk 5 gündə 1 500 fərrarimiz var idi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərrarilik edib qaçmışdı”.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan bu gün keçirdiyi mətbuat konfransında söyləyib.

“Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, – deyə general-polkovnik əlavə edib.