Erməni general: İtirdiyimiz ərazilər strateji baxımdan önəmlidirbackend

Erməni general: İtirdiyimiz ərazilər strateji baxımdan önəmlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Vardenis istiqamətində (Basarkeçər) taktiki baxımdan deyil, strateji baxımdan önəmli olan bir neçə döyüş mövqeyini ələ keçirə bilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bunu bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini general-mayor Arakel Martikyan səfirlərlə görüşündə bildirib.

Onun sözlərinə görə, ən böyük ərazi itkiləri Cermuk istiqamətində olub: “İtirdiyimiz ərazilər taktiki baxımdan o qədər də vacib deyil, amma strateji baxımdan önəmlidir: Onlar düz bizim yaşayış məntəqələrimizin üstündə yerləşir. Hazırkı vəziyyətdə Azərbaycan yollarımıza, marşrutlarımıza müəyyən nəzarət yarada bilib”.