Erməni general: Paşinyan dedi ki, ruslar kimdir?backend

Erməni general: Paşinyan dedi ki, ruslar kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müharibə dövründə heç olmasa qarın təmizlənməsi, şəxsi heyətin mövqelərə çatdırılması üçün biz dəfələrlə lazımi texnikaların təqdim olunmasını istəmişik, lakin heç nə edilməyib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiqran Xaçatryan “Yerevan Tudey” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, erməni hökuməti tərəfindən orduya heç bir dəstək göstərilməyib: “Vəd etdikləri ən primitiv şeyləri vermədilər. Cəbhədə komandan olaraq, mən şəxsən fərarilərin dayandırılması üçün xüsusi dəstələrin yerləşdirilməsini xahiş etmişdim, hətta bunu belə etmədilər”.

O, Paşinyanın savaş zamanı Qarabağda raketlərin buraxılışını Rusiya ilə razılaşdırmaq proseduruna laqeyd yanaşdığını bildirib: “İstənilən növ raketin buraxılışına izni yalnız Ali Baş Komandan verə bilər, lakin müəyyən hallarda Rusiya ilə razılaşmaya ehtiyac olub. Raketin buraxılması üçün hədəf qoyulmuşdu və ruslarla fəaliyyətin razılaşdırılmasında problem yaranmışdı. O dedi ki, ruslar kimdir, mən burada hər şeyi müəyyən edirəm”.