Erməni general sənədlərin necə saxtalaşdırılmasından danışıbbackend

Erməni general sənədlərin necə saxtalaşdırılmasından danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlk Qarabağ müharibəsində Azərbaycan ərazilərinin işğalında iştirak edən, son Qarabağ müharibəsi zamanı isə Xankəndidəki separatçı rejimin Təhlükəsizlik Şurasının katibi olmuş Samvel Babayan Ermənistan KİV-nə müharibə ilə bağlı sənədlərin saxtalaşdırılması barədə məlumat verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan özünün feysbuk səhifəsində yazıb.

Babayanın sözlərinə görə, Ermənistan Silahlı Qüvvələri müharibə dövründə verilən əmrləri redaktə etməyə, saxtalaşdırmağa, yəni hakimiyyətin izlərini məhv etməyə çalışırlar.

Babayan həmçinin iddia edir ki, o, orduda belə bir prosesin kimin əmri ilə başladığını bilmir, amma bu, göz qabağındadır: hakimiyyətin və şəxsən Nikol Paşinyanın xəbəri və təşəbbüsü olmadan, Vaqarşak Arutyunyan, Arşak Karapetyan, Artak Davtyan, keçmiş və indiki Müdafiə Ordusunun komandirləri və Suren Papikyan belə bir addım atmazdılar.