Erməni generaldan Paşinyana cavab: Onun psixi problemləri varbackend

Erməni generaldan Paşinyana cavab: Onun psixi problemləri var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nikol Paşinyan psixi pozuntulardan əziyyət çəkir. O, ordunun, müharibənin, nəyin nə vaxt olduğunu bilmir”.

NOCOMMENT erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan söyləyib.

Xatırladaq ki, bu gün Nikol Paşinyan xalqa müraciətində Movses Akopyanı da hədəfə alıb. Belə ki, M.Akopyan İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Müdafiə Nazirliyinin ictimaiyyətə ötürdüyü məlumatların 100 %-nin yalan olduğunu, müharibənin ilk 5 günündə ordudan 1 500 fərarinin olduğunu bildirmişdi.

Ermənistanın Xüsusi İstintaq Xidməti (XİX) Ermənistan silahlı qüvvələri baş qərargahının sabiq rəisi, İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik M.Akopyanın mətbuat konfransında ölkə hakimiyyətini kəskin tənqid etməsindən sonra ona qarşı cinayət işi başladıb.