Erməni hərbçi meyitlərinin qalıqları təhvil verildibackend

Erməni hərbçi meyitlərinin qalıqları təhvil verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı döyüşlər zamanı ölən daha 3 erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, meyitlər Şuşa ərazisində aşkarlanıb. Bildirilir ki, ölən hərbçilərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 673-ə çatıb.