Erməni hərbçilər qəzaya düşdülər: Ölən varbackend

Erməni hərbçilər qəzaya düşdülər: Ölən var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Zəngəzur vilayətində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 hərbçi ölüb, 2 nəfər yaralanıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, qəza İrəvan-Mehri avtomobil yolunun 222-ci km-liyində baş verib.

Məlumata görə, 30 yaşlı Sarkis Z.-nın idarə etdiyi “Opel Zafira” avtomobili əsas yoldan çıxıb. Nəticədə maşın bir neçə dəfə aşıb. Yaralılar hospitala yerləşdiriliblər.

Hərbçilər Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində qulluq edirmişlər.

Faktla bağlı araşdırma aparılır.