Erməni hərbçilərini daşıyan avtomobilə atəş açılıb? – MNbackend

Erməni hərbçilərini daşıyan avtomobilə atəş açılıb? – MN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya iyunun 9-u saat 18:30-da Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularını daşıyan avtomobilə atəş açılması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır, həqiqətə uyğun deyil.

Bu barədə NOCOMMENT.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Müdafiə Nazirliyi qarşı tərəfin yaydığı bu məlumatı qəti surətdə təkzib edir.