Erməni hərbçinin meyitinin qalıqları təhvil verildibackend

Erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda aparılan əməliyyat-axtarış tədbirləri zamanı Azərbaycan Suqovuşan istiqamətində Ermənistan tərəfinə daha bir erməni hərbçinin cəsədinin qalıqlarını təhvil verib.

NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, bu barədə qondarma ölkənin fövqəladə hallar xidmətinin sözçüsü Unan Tadevosyan məlumat yayıb. Onun sözlərinə görə, ölən əsgərin şəxsiyyəti məhkəmə tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Tadevosyan bildirib ki, dünən Hadrut istiqamətindəki axtarışlar nəticə verməyib, bu gün isə, ümumiyyətlə, axtarış aparılmayacaq.

Qeyd olunub ki, atəşkəsin elan olunmasından bəri döyüş bölgəsində 1374 erməni əsgərin meyiti aşkarlanıb.